Digər

1430-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

23 Jan 2026, 15:21 2 baxış
1430-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1430-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 110 812 PUA-sı, 646 zenit-raket kompleksi, 27 279 tank və digər zirehli texnikası, 1 650 reaktiv yaylım atəş sistemi, 32 775 artilleriya və minaatanı, 52 611 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər