Digər

Avropa Parlamenti SEPAH-ı terror təşkilatı elan etdi

23 Jan 2026, 10:45 2 baxış
Avropa Parlamenti SEPAH-ı terror təşkilatı elan etdi

Yanvarın 22-də Avropa Parlamenti 562 lehinə, 9 əleyhinə və 57 bitərəf səslə İranda minlərlə etirazçının qətliamını pisləyib və İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terrorçu siyahısına daxil edilməsini təsdiq edib.


Axar.az xəbər verir ki, bu barədə AP-nin yaydığı bəyanatda bildirilib.


"İranda minlərlə etirazçının qətliamı rejimin müxalifətçilərə qarşı repressiyaları və sistematik soyqırımının dəhşətli bir epizodudur", - Avropa Parlamentinin bəyanatında deyilib.


Avropa Parlamentinin üzvləri hazırda həbsdə olan bütün etirazçıların, insan haqları müdafiəçilərinin və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıblar.


Parlament Avropa Birliyi Şurasını İslam İnqilabı Keşikçiləri Korpusunu, o cümlədən ona bağlı "Bəsic" və “Qüds” qüvvələrini dərhal terror təşkilatı kimi tanımağa çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər