Digər
ABŞ borcunu ödəmədən bu təşkilatdan çıxdı
ABŞ təxminən 260 milyon dollar borcunu ödəmədən Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxma prosesini başa çatdırıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, may ayında Ümumdünya Səhiyyə Assambleyası bu məsələnin həlli üçün hüquqi variantları müzakirə etməyi planlaşdırır:
“Vaşinqton təşkilatın maliyyələşdirilməsini tamamilə dayandırıb, nümayəndələrini geri çağırıb, lakin onunla əlaqəli işçi qruplarında iştirakını saxlayıb”.
Qeyd edək ki, ötən il ABŞ Prezidenti Donald Tramp ölkəsinin ÜST-dən çıxması barədə sərəncam imzalayıb, bu qərarını isə digər ölkələrlə müqayisədə qeyri-bərabər dərəcədə yüksək üzvlük haqları ilə əsaslandırıb.
Mənbə
axar.az