Cəmiyyət

Kəmalə Ağazadənin vəziyyəti AÇIQLANDI: "10 gün müalicə almalıdır"

22 Jan 2026, 13:12 2 baxış
Kəmalə Ağazadənin vəziyyəti AÇIQLANDI: "10 gün müalicə almalıdır"
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin vəziyyəti stabil qiymətləndirilir". Bu sözləri Oxu.Az-a açıqlamasında birliyin mətbuat katibi Rüfət Behcizadə deyib. O bildirib ki, Kəmalə Ağazadə bu gün səhər saatlarında Sabunçu Tibb Mərkəzinə yerləşdirilib: "Həkimlərin müayinələrinə əsasən, ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Artıq müalicəsinə başlanılıb. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. 10 gün müddətinə xəstəxana şəraitində müalicə alması nəzərdə tutulub. Vəziyyəti stabil qiymətləndirilir". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər