Cəmiyyət
Salyan sakini Moskvada avtomobil qəzasında öldü
Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Faiq Ələkbərov Moskvada avtomobil qəzasında ölüb.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Rusiyanın Moskva vilayətinin Domodedovo şəhərində baş verib.
Ötən gün F.Ələkbərov işə gedərkən iki avtomobilin iştirakı ilə baş verən yol qəzasına düşüb və hadisə yerində həyatını itirib.
Yaxınları bildiriblər ki, mərhumun nəşinin bu gün axşam saatlarında Salyana gətirilməsi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az