Cəmiyyət

Təbrizli fəal həbs edildi - edam oluna bilər

22 Jan 2026, 13:48 2 baxış
Təbrizli fəal həbs edildi - edam oluna bilər

İran təhlükəsizlik məmurları yanvarın 10-da təbrizli fəal Yaşar Təbrizini (Əkbər Quluzadə) həbs edərək naməlum istiqamətə aparıblar.


Axar.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.


Fəalın həbsindən sonra isə yanvarın 12-də onun evində axtarış aparılıb, ailəsi dindirilib.


Yaşar Təbrizinin yaxınları bu müddət ərzində onun harada saxlanılması və sağlıq durumu barədə məlumat ala bilməyiblər.


Yaşar Təbrizi bundan əvvəl "İsraillə əməkdaşlıq" və "rəhbəri təhqir etmək"də günahlandırıldığına görə ailəsi onun edam edilə biləcəyindən narahatdır.

Mənbə axar.az

Oxşar Xəbərlər