Cəmiyyət
ƏMAS-da əməyin mühafizəsi bölməsi yaradılacaq
"2026-cı il üçün əsas hədəfimiz fəaliyyətimizi daha çox preventiv nəzarət və proaktiv yanaşma üzərində qurmaqdır. Bu baxımdan, əmək hüquqlarının pozulmasının qarşısının alınması, şikayətlərin sayının azalması, məsələlərin mümkün qədər səmərəli həlli diqqət mərkəzində olacaq. Eyni zamanda istehsalatda baş verən bədbəxt hadisələrin azaldılması prioritet olaraq qalır. Bu məqsədlə əməyin mühafizəsi sahəsində profilaktik tədbirlərin gücləndirilməsi və "Vision zero" (Sıfır gözlənti) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi davam etdiriləcək". Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında qurumun rəisi Vəli Quliyev deyib.
O bildirib ki, bundan əlavə, "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) əməyin mühafizəsi bölməsinin yaradılması nəzərdə tutulur. Onun vasitəsilə işçilərin müvafiq məlumatlarla təmin edilməsi həyata keçiriləcək: "Digər mühüm hədəf əmək münasibətlərinin tənzimlənməsi və bu sahəyə nəzarətin mərhələli şəkildə rəqəmsallaşdırılmasıdır. Bu çərçivədə kadr kargüzarlığının tam elektronlaşdırılması, risk əsaslı və preventiv nəzarət modellərinin tətbiqi, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektron mexanizmlərin formalaşdırılması nəzərdə tutulur. Eyni zamanda vətəndaşların və işəgötürənlərin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqələrinin daha da genişləndirilməsi, əlçatanlığın təmin edilməsi prioritet olaraq müəyyən edilib". Xidmət rəisi əlavə edib ki, bununla yanaşı, əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, işəgötürənlərə metodiki dəstəyin gücləndirilməsi, maarifləndirmə və beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq. Məhərrəm Əliyev

Mənbə
oxu.az