Cəmiyyət
Əhliman Əmiraslanov: "Rezidentlərə əlavə ödəniş məsələsi gələcəkdə müzakirə oluna bilər"
"İcbari Tibbi Sığortadan gələn gəlirlərdən rezidentlərə əlavə ödəniş edilməsi məsələsi gələcəkdə müzakirə edilə bilər". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əhliman Əmiraslanov sədri olduğu Səhiyyə komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, fəaliyyətə başlayan həkim nə qədər əməkhaqqı alırsa, rezident də o qədər maaş alır: "Bununla bağlı qanun var və 2011-ci ildə qəbul edilib. Mən də istəyərəm ki, rezidentlər yüksək maaş alsınlar. Əməkhaqqı məsələsi qanunda öz həllini tapıb". Məlik Məlikov

Mənbə
oxu.az