Cəmiyyət

Bakıda 19 yaşlı gənc faciəvi şəkildə öldü

22 Jan 2026, 11:06 2 baxış
Bakıda 19 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.


1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadə idarə etdiyi "Renault Megane" markalı avtomobil ilə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əks istiqamətində hərəkətdə olan, 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi "Ihonzda FX32" markalı motosiklet toqquşub.


Hadisə nəticəsində R.Səfərli hadisə yerində ölüb.


Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər