Cəmiyyət

Xəzər rayonunun bəzi ərazilərində elektrik təchizatında fasilə yaranacaq

22 Jan 2026, 10:50 2 baxış
Xəzər rayonunun bəzi ərazilərində elektrik təchizatında fasilə yaranacaq
Paytaxtın Xəzər rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik verilişində fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, yanvarın 22-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 14:00-dək Binə qəsəbəsində Atçılıq yaşayış massivi, Buzovna qəsəbəsinin Məmməd Hüseyn, Qasım bəy Zakir, Sabir Ələkbərov, Hüseyn Allahverdiyev, Əziz Məmmədov, Şəhid İbarət Məmmədov, Abşeron küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər