Cəmiyyət

Dərsliklərin rəqəmsallaşdırılması təklif olunur

22 Jan 2026, 10:02 2 baxış
Dərsliklərin rəqəmsallaşdırılması təklif olunur

Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması təklif olunur.


Axar.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edib.


Onun sözlərinə görə, rəqəmsallaşdırma dərsliklərdə səhvlər olduğu halda düzəldilməsini asanlaşdıracaq:


"Yəqin ki, Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir. Rəqəmsallaşdırıldığı təqdirdə, bu prosesdə dəyişiklikləri etmək və daha sürətli formada şagirdlərə təqdim etmək imkanı daha çoxdur".

Mənbə axar.az

Oxşar Xəbərlər