Cəmiyyət

Sabah Bakının bu iki rayonunda qaz olmayacaq

21 Jan 2026, 21:38 2 baxış
Sabah Bakının bu iki rayonunda qaz olmayacaq

Sabah Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonu M.Şərifzadə küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.


Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


Qeyd olunub ki, Qobustan qəsəbəsi ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi, eləcə də Yasamal rayonu M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə sabah 10:00-dan etibarən bəzi ərazilərə qazın verilişi dayandırılacaq.


Qeyd olunub ki, işlər başa çatdırıldıqdan sonra qaz təchizatı bərpa olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər