Dünya
Rusiyalı general Kirillovun qətli üzrə təqsirləndirilən şəxsə hökm oxundu
Rusiyada İkinci Qərb Dairə Hərbi Məhkəməsi Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillova və onun köməkçisi mayor İlya Polikarpova qarşı terror aktında ittiham olunan Axmadjon Kurbonovu ömürlük həbs cəzasına məhkum edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib. "Məhkəmə Axmadjon Kurbonovun günahkar bilinməsi barədə qərar çıxarıb və ona ilk 10 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza koloniyasında çəkməklə ömürlük həbs cəzası verib, həmçinin bir milyon rubl məbləğində cərimə tətbiq edib", - deyə hakim bildirib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər