Dünya

Türkiyədə media sektorunu silkələyən hadisə: Esat Yontunçın saxlanılması qərarı verildi

21 Jan 2026, 15:16 1 baxış
Türkiyədə media sektorunu silkələyən hadisə: Esat Yontunçın saxlanılması qərarı verildi
Türkiyədə məşhur "Acun Medya" şirkətinin baş koordinatoru Esat Yontunç barəsində narkotik istintaqı çərçivəsində saxlanılma qərarı verilib. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində Yontunçun hazırda xaricdə olduğu müəyyən edilib və barəsində saxlanılma qərarı çıxarılıb. İstintaq prosesinin detalları hələlik ictimaiyyətə açıqlanmayıb. Media sektorunda böyük ajiotaj yaradan bu hadisə diqqətlə izlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər