Dünya
Misir Qəzza üzrə Sülh Şurasına qoşulacaq
Misir ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Qəzza zolağında nizamlanma üzrə Sülh Şurasına qoşulmağa razılıq verib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, dəvətnamə ərəb respublikasının Prezidenti Əbdül Fəttah əs-Sisiyə göndərilib. "ABŞ Prezidenti Donald Tramp öz misirli həmkarı Əbdül Fəttah əs-Sisiyə Sülh Şurasına qoşulması ilə bağlı dəvətnamə göndərib. Misir bu addımı alqışlayır və təşkilata qoşulmağa razı olduğunu bəyan edir", - deyə məlumatda bildirilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər