Dünya

Myon Koreya yarımadasındakı gərginlikdən danışdı: "Birləşməyə dair müzakirələrin zamanı deyil"

21 Jan 2026, 12:36 1 baxış
Myon Koreya yarımadasındakı gərginlikdən danışdı: "Birləşməyə dair müzakirələrin zamanı deyil"
"Koreya yarımadasındakı vəziyyət o qədər mürəkkəbdir ki, hazırda Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə birləşmə ilə bağlı ciddi danışıqların vaxtı deyil". Oxu.Az xəbər verir ki, bunu Cənubi Koreyanın Prezidenti Li Çje Myon Seulda keçirdiyi mətbuat konfransında bildirib. O, iki ölkə arasındakı münasibətlərdə etimadsızlıq səviyyəsinin yüksək olduğunu qeyd edib və diqqəti KXDR-in sərhədlərini möhkəmləndirmək səylərinə yönəldib: "İndi birləşməni müzakirə etməyin zamanı deyil. Bəxtimiz gətirib ki, müharibə yoxdur". O, Seul və Pxenyan arasında dinc yanaşı yaşamaq üçün şərait yaratmağa çalışacağına söz verib. Myon bundan sonra da Koreya yarımadasının nüvəsizləşdirilməsinə çalışacağını bildirib və mərhələli yanaşma təklifini xatırladıb. Bu təşəbbüsün birinci mərhələsi Şimali Koreyanın nüvə və raket proqramlarının dondurulmasını nəzərdə tutur.
Mənbə oxu.az

Oxşar Xəbərlər