Dünya

Fransa Qrenlandiyada NATO təlimləri keçirməyi təklif edib

21 Jan 2026, 11:24 1 baxış
Fransa Qrenlandiyada NATO təlimləri keçirməyi təklif edib
Fransa NATO təlimlərinin Qrenlandiyada keçirilməsini təklif edib. Oxu.Az xəbər verir ki, "Reuters" bu barədə Yelisey Sarayına istinadən məlumat yayıb. Onun sözlərinə görə, Fransa ordusu manevrlərdə iştirak etməyə hazırdır. ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib. Əvvəlcə o, adanı satın almağı təklif edib və 2025-ci ilin martında onun ilhaq edilə biləcəyini deyib. D.Tramp, həmçinin güc tətbiqi ehtimalını da istisna etməyib. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya və Polşa liderləri birgə bəyanatda Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəyliklərini ifadə ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər