Dünya

Tramp ovçu instinktindən danışdı

21 Jan 2026, 11:40 1 baxış
Tramp ovçu instinktindən danışdı
ABŞ Prezidenti Donald Tramp ovçu instinktlərinin ona tarixdə yer qazanmağa kömək edəcəyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri "News Nation" nəşrinə müsahibəsində bildirib. Dövlət başçısı ikinci prezidentlik müddətini birincidən daha uğurlu hesab edib. O bildirib ki, "pis, xəstə insanlar" tərəfindən təqib olunur. "Müəyyən mənada ovlanırdım. İndi isə deməliyəm ki, daha çox ovçuyam", - deyə ABŞ prezidenti maraqlı açıqlama verib. Tramp, həmçinin qeyd edib ki, tarixdə böyük bir prezident kimi qalmaq istəyir, bu da onun bir çox istiqamətdə işləməli olduğu anlamına gəlir.
Mənbə oxu.az

Oxşar Xəbərlər