Dünya

ABŞ-nin gizli silahı var? - Prezidentdən etiraf

21 Jan 2026, 11:00 1 baxış
ABŞ-nin gizli silahı var? - Prezidentdən etiraf
Ağ Ev rəhbəri Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı ABŞ qüvvələri tərəfindən səs silahından istifadə iddiası ilə bağlı xəbərlərə münasibət bildirərkən Vaşinqtonun heç kimin bilmədiyi silahlara sahib olduğunu iddia edib. Oxu.Az xəbər verir ki, Tramp "News Nation"a verdiyi müsahibədə bu barədə danışıb. "Bizim heç kimin bilmədiyi silahımız var", - deyə o bildirib. D.Tramp qeyd edib ki, başqa heç kimin belə silahlara sahib olmasını istəməzdi. "Bu barədə danışmamaq daha yaxşı olar, amma bizim bəzi heyrətamiz silahlarımız var", - deyə Ağ Ev rəhbəri əlavə edib. Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar. ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin "narkoterrorizm" və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib. Əməliyyat zamanı ABŞ hərbçilərinin gizli silahdan istifadə etdikləri iddia olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər