Dünya
"Lamborghini" ötən il rekord sayda avtomobil satıb
"Lamborghini" şirkəti 2025-ci ildə rekord sayda avtomobil satıb. Oxu.Az bu barədə Autopilot.ru saytına istinadən xəbər verir. Məlumata görə, ötən il müştərilərə 10 700 ədəd superkar təhvil verilib. Bu göstərici 2024-cü illə müqayisədə 60 avtomobil çoxdur. "Lamborghini" avtomobillərinin satışında lider region Avropa, Yaxın Şərq və Afrika olub. Bu regionda 4 560 ədəd avtomobil satılıb, illik artım 8% təşkil edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər