Dünya

Tramp: "ABŞ narkotik qaçaqmalçılığına qarşı quru əməliyyatına başlayacaq"

21 Jan 2026, 02:20 1 baxış
Tramp: "ABŞ narkotik qaçaqmalçılığına qarşı quru əməliyyatına başlayacaq"
ABŞ lideri Donald Tramp ölkənin yaxın vaxtlarda quru yolu ilə narkotik qaçaqmalçılığına qarşı əməliyyatlara başlayacağını bəyan edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ prezidenti bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında bildirib. "Deyə bilərəm ki, su marşrutları ilə daşınan narkotiklərin həcmi 97% azalıb. Çox yaxın zamanda quru yolu ilə gələn narkotiklərlə də məşğul olacağıq. Onların haradan gəldiyini dəqiq bilirik", - deyə Tramp vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər