Dünya
İŞİD Əfqanıstanda partlayışa görə məsuliyyəti üzərinə götürüb
İŞİD terror təşkilatı Əfqanıstanın paytaxtı Kabildəki Çin restoranında baş vermiş partlayışa görə məsuliyyəti üzərinə götürüb. Terror aktı nəticəsində yeddi nəfər həlak olub. Oxu.Az bu barədə "Al Jazeera" telekanalına istinadən xəbər verir. Qeyd olunur ki, intiharçı-terrorçu Kabildəki Çin restoranına daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Polis nümayəndəsi Xalid Zadran partlayış nəticəsində bir Çin vətəndaşının və altı əfqanın həlak olduğunu bildirib. Öz növbəsində, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun brifinqdə beş Çin vətəndaşının yaralandığını bəyan edib
Mənbə
oxu.az
Oxşar Xəbərlər