Dünya
ABŞ və Rusiya prezidentlərinin xüsusi nümayəndələri Davosda görüşüblər
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Davosda Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə aparılan danışıqlar çox müsbət keçib. Oxu.Az xəbər verir ki, Uitkoff bu barədə "RİA Novosti"nin müxbirinə açıqlama verib. Danışıqlarda ABŞ prezidentinin kürəkəni Cared Kuşner də iştirak edib. K.Dmitriyev görüş zamanı müzakirə olunan mövzularla bağlı suallara cavab verməkdən imtina edib. Bununla belə, o qeyd edib ki, Davosda ABŞ tərəfi ilə keçirilən görüşlər konstruktiv xarakter daşıyır. TASS agentliyinin müxbirinin məlumatına görə, K.Dmitriyev, S.Uitkoff və C.Kuşner arasında keçirilən görüş iki saatdan çox davam edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər