Dünya
Qrenlandiya ABŞ-nin hərbi müdaxiləsinə hazırlaşır
"ABŞ Prezidenti Donald Tramp adanı ələ keçirməklə hədələdiyi üçün Qrenlandiya sakinləri və hökumət orqanları mümkün hərbi müdaxiləyə hazırlaşmağa başlamalıdırlar". Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen mətbuat konfransında bildirib. "Hərbi güc tətbiqi ehtimalı azdır, lakin istisna edilə bilməz. Qarşı tərəf bunu açıq şəkildə bildirib", - deyə o vurğulayıb. Nilsenin sözlərinə görə, hökumət əhali üçün yeni tövsiyələr üzərində işləyir. Ada sakinlərinə evlərində beşgünlük ərzaq ehtiyatı saxlamaları tövsiyə olunur. Baş nazir, həmçinin insanların gündəlik həyatdakı hər hansı bir dəyişikliyə hazırlaşmalarına kömək etmək üçün yerli hökumət nümayəndələrindən ibarət işçi qrupunun yaradıldığını elan edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər