Dünya
Avropa İttifaqı İranın dron və raket istehsalını məhdudlaşdırmaq istəyir
"Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar hazırlayır. Dron və raket istehsalı üçün komponentlərin tədarükünə ixrac məhdudiyyətləri qoyulur". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas İrandakı vəziyyətlə bağlı Avropa Parlamentindəki dinləmələr zamanı bildirib. "Etirazların sərt şəkildə yatırılmasına görə İrana qarşı yeni sanksiyalar təklif edirik", - deyə o bəyan edib. Kallas, həmçinin Avropa Komissiyasının və Aİ diplomatik xidmətinin İrandakı etirazların iştirakçılarını dəstəkləmək niyyətində olduğunu qeyd edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər