İdman

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

20 Jan 2026, 18:28 2 baxış
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. Oxu.Az xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində yanvarın 22-də İsveçrədə "Yanq Boyz" və Fransanın "Lion" komandaları arasında keçiriləcək matçın baş hakimi olacaq. Ə.Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək. VAR-da Gilyermo Kuadra Fernandes, AVAR-da isə Nicat İsmayıllı olacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər