Dünya

Konstitusiya Məhkəməsi Bolqarıstan prezidentinin istefasını yaxın günlərdə təsdiqləyəcək

20 Jan 2026, 16:20 1 baxış
Konstitusiya Məhkəməsi Bolqarıstan prezidentinin istefasını yaxın günlərdə təsdiqləyəcək
Bolqarıstan Prezidenti Rumen Radev istefa ərizəsini ölkənin Konstitusiya Məhkəməsinə təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb. Xəbərə görə, sözügedən məhkəmə instansiyasının qərar verməli olduğu müddət müəyyən edilmir. Konstitusiya hüququ üzrə ekspert kanala bildirib ki, qərarda gecikmə gözlənilmir, məsələ iki-üç gün ərzində həll oluna bilər. Xatırladaq ki, Radev dünən istefa verdiyini bəyan edib. O, növbədənkənar parlament seçkisində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər