Dünya
Tokayev respublikanın birpalatalı parlamentinin adının dəyişdirilməsini təklif etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev islahatdan sonra yaradılması planlaşdırılan respublikanın birpalatalı parlamentinin Qurultay adlandırılmasını və onun deputatlarının beş il müddətinə seçilməsini təklif edib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, Kasım-Jomart Tokayev belə bir təşəbbüslə Milli Qurultayın (hazırda məşvərət-məsləhət orqanı belə adlanır) iclasında çıxış edib. Onun sözlərinə görə, yeni parlamentin konfiqurasiyası ilə bağlı müzakirələr zamanı belə bir fikir irəli sürülüb ki, ümumi mandatların sayı 145 olmalıdır. Dövlət başçısı qeyd edib ki, yeni parlamentin Qurultay adlandırılmasını təklif edir. Tokayev bildirib ki, Qazaxıstanın vitse-prezidenti vəzifəsinin tətbiqi, eləcə də konstitusiyada təsbit edilməsi planlaşdırılan birpalatalı parlamentdə islahat prezidentin rolunu zəiflətməyəcək - o, əvvəlki kimi, dövlət hakimiyyəti sistemində ən vacib fiqur olaraq qalacaq. "Vurğulamalıyam ki, bu konstitusiya dəyişiklikləri prezident hakimiyyəti institutunun özünün zəiflədiyini göstərmir, əksinə, prezident vəzifəsi dövlət sistemində ən vacib vəzifə olaraq qalır. Əminəm ki, Qazaxıstan prezident respublikası kimi uğurla inkişaf edəcək, bu özünü doğrultmuş siyasi sistemdən imtina edilə bilməz", - deyə o, Milli Qurultayın iclasında çıxış edərkən bildirib. Tokayev qeyd edib ki, beynəlxalq təcrübə bunu təsdiqləyir və onun təklif etdiyi islahatlar Qazaxıstanın inkişafına güclü təkan verəcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər