Maraqlı

20 Yanvarla bağlı Mirnaib Həsənoğlunun arxivindən FOTOLAR

20 Jan 2026, 15:52 1 baxış
20 Yanvarla bağlı Mirnaib Həsənoğlunun arxivindən FOTOLAR
Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən olan Mirnaib Həsənoğlu 20 Yanvar faciəsi ilə bağlı çəkilmiş şəkillərdən ibarət unikal arxiv yaradıb. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, o, faciəni işıqlandıran fotoqrafların əl işlərini illər ərzində toplayıb, 20 Yanvar hadisələrinin ildönümlərində bu arxiv əsasında sərgi təşkil edir. 2010-cu ildən etibarən formalaşdırılan arxivdə həmin dövrdə fəaliyyət göstərmiş təxminən on fotoqrafın əsəri yer alır, bu günə qədər isə 800-ə yaxın fotoşəkil toplanıb. Layihənin əsas məqsədi 20 Yanvar hadisələri zamanı tarixi anları qeydə alan fotoqrafların tanınması, onların əməyinin unudulmamasıdır. Mirnaib Həsənoğlu bildirir ki, faciə ilə bağlı çəkilmiş fotoların təxminən 65 faizinin neqativi məhv olub və həmin müəlliflərin bir çoxu artıq dünyasını dəyişib. Məhz bu səbəbdən mövcud materiallar rəqəmsallaşdırılaraq qorunur və gələcək nəsillərə ötürülür. Onun sözlərinə görə, bu təşəbbüsün məqsədlərindən biri də tarixlə bağlı yaddaşın itməsinin qarşısını almaqdır. Həmin dövrdə özü də müxtəlif kadrlar çəkən fotoqraf qeyd edir ki, bu şəkillərin hər biri sənədli informasiya xarakteri daşıyır. 20 Yanvarla bağlı Mirnaib Həsənoğlunun arxivindən fotoları təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər