Dünya

"Politico": Tramp Davos Forumunda Zelenski ilə görüş təyin etməyib

20 Jan 2026, 14:40 1 baxış
"Politico": Tramp Davos Forumunda Zelenski ilə görüş təyin etməyib
ABŞ Prezidenti Donald Trampın Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı "Könüllülər koalisiyası" ilə görüşü nəzərdə tutulsa da, Ağ Ev hələlik Davos Forumu çərçivəsində Volodimir Zelenski ilə heç bir ikitərəfli danışıqlar planlaşdırmır. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat verib. "Zelenski ABŞ prezidenti ilə şəxsən görüşməyə can atır, lakin Ağ Ev tərəddüd edir". Bunu nəşrə adının çəkilməsini istəməyən xarici siyasət üzrə ekspert bildirib. Respublikaçı politoloq onu da əlavə edib ki, Zelenski Trampla istənilən fürsətdə görüşməyə hazırdır, çünki bunun faydalı olacağını, habelə, Amerika lideri onunla şəxsən ünsiyyət qurmasa, bunu başqaları edəcəyini düşünür.
Mənbə oxu.az

Oxşar Xəbərlər