Dünya
Lavrov: "Dünyada güclü olan haqlıdır" oyunu gedir"
"Qərb ölkələrinə uyğun dünya nizamının əsasını təşkil etməli olan bütün qaydalar alt-üst edilib; beynəlxalq arenada "güclü olan haqlıdır" oyunu oynanılır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu Rusiyanın 2025-ci ildəki diplomatik fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. "İndi onların bu vəziyyətlə (Çinin iqtisadi üstünlüyü - red.) sanksiyalar, tariflər və rüsumlar vasitəsilə mübarizə apardıqlarını görürük. Əlbəttə ki, ABŞ razılaşma istəyir, amma hələlik bütün bunlar Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının və Ümumdünya Ticarət Təşkilatının fəaliyyətinin əsasında dayanan ortaq meyarın olmadığı şərtlərdə baş verir. Qərbə uyğun dünya nizamının əsasını təşkil edən bütün qaydalar artıq kənara atılıb. "Güclü olan haqlıdır" oyunu gedir", - deyə Lavrov bildirib. O əlavə edib ki, ABŞ başda olmaqla Qərbin bu yaxınlara qədər hər yerdə təbliğ olunan qloballaşma modelinin əsasını təşkil edən qaydalara əsasən, Çin ticarət, iqtisadiyyat, investisiya və infrastruktur layihələrində qərbdəki rəqiblərini üstələyə bilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər