İdman

Qurban Qurbanov: "Hazırlaşmaq üçün çox vaxtımız olmadı"

20 Jan 2026, 13:43 1 baxış
Qurban Qurbanov: "Hazırlaşmaq üçün çox vaxtımız olmadı"
"Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunun "Qarabag" - "Ayntraxt Frankfurt" matçından əvvəl keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, oyuna hazırlaşmaq üçün çox vaxtları olmayıb: "Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. Meydanda intizamlı kollektivlər görəcəyik. Rəqibin düşərgəsində dəyişikliklər oldu. Bu bizə mane olan amillərdir. Azarkeşlərimizi sevindirməyə çalışacağıq". Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər