Dünya
Barbin: "Danimarka Rusiya səfirliyinin torpaqlarını müsadirə etməklə hədələyir"
"Danimarka hakimiyyəti Rusiya səfirliyinin binalarının yerləşdiyi torpaqları müsadirə etməklə hədələyir". Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin məlumat verib: "Danimarka hökumətinin repressiv qərarları nəticəsində Rusiyanın diplomatik missiyasının işçilərinin sayı dəfələrlə azaldılıb. Kopenhagen şəhər meriyası tərəfindən Rusiya səfirliyinin binalarının yerləşdiyi torpaqların müsadirə ediləcəyi ilə bağlı təhdidlər edilir". Barbin əlavə edib ki, Danimarkanın hazırkı müqaviməti şəraitində praktik məsələləri, o cümlədən akkreditasiyanın alınması və onun səfirlik əməkdaşları üçün uzadılması məsələlərini həll etmək çətindir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər