Dünya
İspaniyada iki qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı artdı
İspaniyada iki sürət qatarının relsdən çıxaraq toqquşması nəticəsində ölənlərin sayı 41-ə çatıb. Oxu.Az-ın məlumatına görə, bu barədə EFE agentliyi məlumat verib. Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 39 olduğu bildirilirdi. Qatar qəzasının baş verdiyi yerdə axtarış əməliyyatları hələ də davam edir. Xatırladaq ki, qəza yanvarın 18-də Adamus şəhəri yaxınlığında (Əndəlüs muxtar icması) baş verib. Malaqadan Madridə gedən təxminən 300 nəfəri daşıyan qatar relsdən çıxıb və Madriddən Huelvaya gedən qatarın hərəkət etdiyi yola çıxıb. Nəticədə qatarlar toqquşub və ikinci qatar da relsdən çıxıb. Qəzanın səbəbi hələ məlum deyil. Qatar qəzası ilə bağlı istintaq Madrid-Adamus yolunda relslərin vəziyyətin fəlakətin mümkün səbəbi olması ehtimalına diqqəti yönəldib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər