Dünya

Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib

20 Jan 2026, 12:34 1 baxış
Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib
Papua-Yeni Qvineyanın şərqində 6.2 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələnin episentri təxminən 27 000 əhalisi olan Madanq şəhərindən 25 kilometr şərqdə, ocağı isə 78 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər