Dünya

Polşada ailə quranlar nömrələnəcəklər

20 Jan 2026, 07:18 1 baxış
Polşada ailə quranlar nömrələnəcəklər
Polşada nikah şəhadətnamələrindəki "ər" və "arvad" ifadələri "həyat yoldaşı 1" və "həyat yoldaşı 2" ilə əvəz olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə Polşa Respublikasının Rəqəmsallaşdırma Nazirliyinin rəsmi saytında məlumat dərc olunub. Açıqlamaya görə, hazırda müvafiq qayda hazırlanır. Nazirlik izah edib ki, bu addım Varşavanı Avropa İttifaqının digər ölkələrində bağlanan eynicinsli nikahları tanımağa məcbur edən Aİ Ədalət Məhkəməsinin qərarının icrasını təmin etmək üçün zəruridir.
Mənbə oxu.az

Oxşar Xəbərlər