Dünya
Fransa Trampın Qəzza ilə bağlı dəvətini qəbul etmədi
Fransa ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı üzrə Sülh Şurasına daxil olmaq dəvətini qəbul etmək niyyətində deyil. Oxu.Az bildirir ki, bu barədə AFP agentliyi Fransa Prezidenti Emmanuel Makrona yaxın olan mənbəyə istinadən xəbər verir. Mənbənin sözlərinə görə, təşkilatın nizamnaməsi müstəsna olaraq Qəzzadakı vəziyyətin çərçivəsindən kənara çıxır və "ciddi suallar" doğurur. Xüsusilə, söhbət BMT-nin prinsiplərinə və strukturuna əməl olunmasından gedir. O vurğulayıb ki, bunlar heç bir halda şübhə altına qoyulmamalıdır. Xatırladaq ki, Donald Tramp Sülh Şurasının yaradıldığını yanvarın 16-da elan etmişdi.
Mənbə
oxu.az
Oxşar Xəbərlər