Dünya

Suriyada razılaşma pozuldu: Döyüşlər yenidən başladı

20 Jan 2026, 01:42 1 baxış
Suriyada razılaşma pozuldu: Döyüşlər yenidən başladı
Suriya ordusu kürd yaraqlılarına qarşı yeni əməliyyata başlayıb. Oxu.Az TGRT-yə istinadən xəbər verir ki, Suriya Prezidenti Əhməd əş-Şaraa ilə kürd lideri Məzlum Abdi arasında bu gün keçirilən danışıqlar nəticəsiz başa çatıb. Məlumata görə, PKK-nın Suriya qolu olan YPG terror təşkilatı və Suriya Demokratik Qüvvələri (SDQ) daha əvvəl razılaşdırılmış anlaşmadan geri çəkildikdən sonra Suriya hökumət qüvvələri hərəkətə keçib. Nəticədə strateji əhəmiyyətə malik Haseke şəhəri mühasirəyə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər