Dünya

Nigeriyada silahlılar 160 xristianı kilsələrdən qaçırıblar

20 Jan 2026, 02:00 1 baxış
Nigeriyada silahlılar 160 xristianı kilsələrdən qaçırıblar
Nigeriyanın şimalında naməlum silahlı şəxslər ibadət zamanı iki kilsədə olan 160-dan çox xristianı qaçırıblar. Oxu.Az bildirir ki, bu barədə "Agence France-Presse" agentliyi Şimali Nigeriya Xristian Assosiasiyasının prezidenti Cozef Hayabaya istinadən xəbər verir. Hayabanın sözlərinə görə, xeyli sayda hücum edən şəxs kilsələrin girişlərini bağlayıblar və dindarları onlarla getməyə məcbur ediblər. Bildirilir ki, hakimiyyət orqanları hadisədən məlumatlıdırlar və qaçırılanların tapılması üçün tədbirlər görürlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər