Dünya
Moldova MDB-dən çıxır
Moldova Müstəqil Dövlətlər Birliyindən çıxmasına imkan verən əsas sazişlərin ləğvi prosesinə başlayıb. Oxu.Az xəbər verir ki, baş nazirin müavini və xarici işlər naziri Mihay Popşoy bunu Moldova Radiosunda bəyan edib. "Moldova Müstəqil Dövlətlər Birliyinə üzvlüyünün əsasını təşkil edən üç əsas sazişi ləğv etmək prosesinə başlayıb: MDB Nizamnaməsi, MDB-nin yaradılması haqqında Saziş və müvafiq əlavə. Onların rəsmi ləğvindən sonra ölkəmiz artıq MDB-nin üzvü olmayacaq. Bu sənədlər yekun təsdiq üçün parlamentə təqdim olunacaq", - baş nazirin müavini bildirib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər