Digər
Bu gün İranda edamlar olacaqdı, lakin... - Tramp
Bizə bildirilib ki, İranda qətllər artıq dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp brifinqdə çıxışında deyib.
"Bu gün çox sayda edamın həyata keçirilməsi nəzərdə tutulurdu, amma bu baş verməyəcək. Biz bunu yoxlayacağıq. Yəni, mən bunu öyrənəcəyəm. Ondan sonra siz də biləcəksiniz", - deyə Ağ Ev rəhbəri jurnalistin müvafiq sualına cavabında söyləyib.
Mənbə
axar.az