Digər

Almaniya sabah Qrenlandiyaya ordu yeridir - İddia

14 Jan 2026, 23:44 1 baxış
Almaniya sabah Qrenlandiyaya ordu yeridir - İddia

Almaniya bu həftə qoşunlarını Qrenlandiyaya göndərəcək.


Axar.az xəbər verir ki, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.


Məlumata görə, adaya əvvəlcə Bundesver qoşunlarından ibarət qabaqcıl qrup göndəriləcək. Qrup artıq yanvarın 15-də yola düşə bilər.


Almaniya Müdafiə Nazirliyi yayılan informasiyanı şərh etməyib.


Qeyd edək ki, Danimarka və ABŞ Qrenlandiya ilə bağlı işçi qrupu yaradacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər