Digər
İrana aid gəmi Xəzər dənizində qəzaya uğradı
Bu gün, 14 yanvar tarixində Türkmənistan Sahil Sidməti İranın qəzaya uğrayan “Rona” yük gəmisindən SOS siqnalı alıb.
Axar.az xəbər verir ki, bu barədə Türkmənistan XİN-in məlumatında bildirilir.
Qeyd edilib ki, Türkmənistanın müvafiq dövlət qurumları beynəlxalq dəniz qaydalarına uyğun olaraq bütün zəruri xilasetmə tədbirlərini görüb:
“Vaxtında görülən tədbirlər nəticəsində göyərtədəki 14 nəfərin hamısı xilas edilib. İlkin məlumata görə, bunlar İran və Hindistan vətəndaşlarıdır.
Hazırda Türkmənistan tərəfi beynəlxalq qaydalarla nəzərdə tutulmuş müvafiq prosedurları həyata keçirir".
Mənbə
axar.az