Cəmiyyət
Naxçıvanın bəzi ərazilərində qar örtüyünün hündürlüyü yarım metri ötüb
Naxçıvan Muxtar Respublikasının bir sıra rayon və kəndlərində qar yağmaqda davam edir. Oxu.Az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 23 sm, 3000 metr yüksəklikdə isə 56 sm təşkil edib:
"Şahbuzda hazırda qar yağır, qar örtüyünün hündürlüyü 1 sm-dir. Kükü kəndində təzə qar örtüyünün hündürlüyü 20 sm, ümumi qar örtüyünün qalınlığı 41 sm-ə çatıb. Biçənək kəndində yağan qarın hündürlüyü 5 sm, ümumi qar örtüyünün qalınlığı isə 31 sm təşkil edir. Şərurda gecə saatlarında qar yağıb, qarın hündürlüyü 2 sm qeydə alınıb, hazırda yağıntı müşahidə edilmir. Axura kəndində isə qar örtüyünün hündürlüyü 6 sm olub. Sədərəkdə gecə saatlarında 1 sm qar yağıb, qar örtüyünün ümumi qalınlığı 3 sm-dir".

Mənbə
oxu.az