İqtisadiyyat

Laçında yaşayış məhəlləsinin tikintisi üçün 50 milyonluq tender elan olunub

14 Jan 2026, 11:38 1 baxış
Laçında yaşayış məhəlləsinin tikintisi üçün 50 milyonluq tender elan olunub
Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkili ilə əlaqədar tender elan olunub. Oxu.Az-ın məlumatına görə, satınalmanın ehtimal olunan dəyəri 49 970 705 manatdır. "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi şəxsi tərəfindən keçirilən satınalmaya fevralın 27-də yekun vurulacaq. Layihədə çoxsaylı yaşayış binalarının tikintisi işləri nəzərdə tutulub. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər