Cəmiyyət

Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

14 Jan 2026, 10:17 2 baxış
Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 10:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Yağan qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 30, Şahbuzda 29, Sarıbaşda (Qax) 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın, Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altıağac və Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və Daşkəsəndə 4, Şamaxı və Sədərəkdə 3, İsmayıllı və Şərurda 2, Balakən və Xocalıda isə 1 sm-dir. Bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 24, Gəncə, Tərtərdə 20, Ağstafa, Şəmkirdə 18, Bərdədə 16, Yevlaxda 15 m/s-dək güclənir. Quba, Qusar, Şəki, Qax, Göygöl, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-də 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər