Cəmiyyət

Tovuzda baş verən qəzada xəsarət alan sürücünün VƏZİYYƏTİ AÇIQLANDI

14 Jan 2026, 10:46 4 baxış
Tovuzda baş verən qəzada xəsarət alan sürücünün VƏZİYYƏTİ AÇIQLANDI
Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti məlum olub. Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 13-də, saat 18:30-da Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1975-ci il təvəllüdlü (kişi) şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Ona sağ çiyinin, sağ kürək nahiyəsinin əzilmiş və sıyrılmış yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində "Mercedes-Benz" markalı yük avtomobil ilə "KamAZ" markalı yük maşını toqquşub. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər