Cəmiyyət

Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Qrafikdən kənara çıxma halları ola bilər

14 Jan 2026, 09:48 2 baxış
Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Qrafikdən kənara çıxma halları ola bilər
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti hava şəraiti ilə əlaqədar sərnişinlərə müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər. Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur".
Mənbə oxu.az

Oxşar Xəbərlər