Cəmiyyət
Güclü külək Lənkəran-Lerik yolunda məhdudiyyətlərə səbəb olub
Ötən gün gecə saatlatında güclü külək nəticəsində ağac aşaraq Lənkəran-Lerik avtomobil yolunda hərəkətdə məhdudiyyətlərə səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, əraziyə AAYDA-nın texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində ağac yolun hərəkət hissəsindən kənarlaşdırılaraq yol boyu hərəkət bərpa olunub.
Bildirilib ki, əraziyə AAYDA-nın texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində ağac yolun hərəkət hissəsindən kənarlaşdırılaraq yol boyu hərəkət bərpa olunub.
Mənbə
oxu.az