Cəmiyyət

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

14 Jan 2026, 09:54 2 baxış
ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


ADY-dən Axar.az-a verilən məlumata görə, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.


Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.


Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər